"Fənərbağça" İngiltərə millisinin üzvünü istəyir

Bölmə adı Türkiyə
Yayımlandı 5-08-2025, 15:16

“Mançester Yunayted”in futbolçusu Meyson Maunt karyerasını Türkiyədə davam etdirə bilər.

Sport1.az xəbər verir ki, ingilis yarımmüdafiəçinin xidmətində “Fənərbağça” maraqlıdır.

26 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Türkiyə klubu Mauntun keçidini bu yay həll etməyi planlaşdırır.

Meysonun İstanbul təmsilçisinə keçib-keçməyəcəyi bu ay dəqiqləşəcək. "Çelsi"nin yetirməsi olan Maunt "Vitess", "Derbi" klublarında da çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR