Sabiq "Qalatasaray"lı İraq klubunda

Bölmə adı Digər Liqalar
Yayımlandı 5-08-2025, 14:21

"Qalatasaray"ın sabiq futbolçusu Sofian Fequli karyerasını İraqda davam etdirəcək.

Sport1.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi "Amanat Bağdad"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sofia Fequli 2017-2022-ci illərdə "Qalatasaray"da çıxış edib və 126 oyuna 25 qol vurub. Onun son klubu 2024-cü ilin yayında ayrıldığı "Fatih Karagümrük" (Türkiyə) olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR