Tiyaqo Fernandes La Liqaya keçə bilər

Bölmə adı İspaniya
Yayımlandı 4-08-2025, 20:13

Gənc argentinalı futbolçunun İspaniyaya transferi gündəmdədir.

Sport1.az xəbər verir ki, "Veles Sarfild"in oyunçusu Tiyaqo Fernandeslə "Vilyareal" maraqlanır. Bu mövsümün dekabrında müqaviləsi başa çatacaq 21 yaşlı sol cinah oyunçusunun transfer dəyəri 6,5 milyon avrodur.

Qeyd edək ki, Fernandes ötən mövsüm 42 oyunda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az