son dəqiqə SON DƏQİQƏ

"Zirə" Xorvatiyada

Bölmə adı Konfrans Liqası
Yayımlandı 29-07-2025, 16:30

"Zirə" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Hayduk"un qonağı olacaq.

Sport1.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün Xorvatiyaya yola düşüb.

Qeyd edək ki, "Hayduk" - "Zirə" qarşılaşması iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutan ilk matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR