son dəqiqə SON DƏQİQƏ

"Karvan" "İmişli" ilə qarşılaşacaq

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-07-2025, 19:23

Yeni mövsümə hazırlığını davam etdirən "Karvan" daha bir yoxlama oyunu keçirəcək.

Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda "İmişli" ilə qarşılaşacaq.

İyulun 30-da Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Xatırladaq ki, sözügedən hər iki komanda yeni mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR