son dəqiqə SON DƏQİQƏ

“Arzum karyeramı “Real”da bitirməkdir”

Bölmə adı İspaniya
Yayımlandı 28-07-2025, 23:44

Belçikalı qapıçı Tibo Kurtua karyerasını “Real”da bitirmək istəyir.

Sport1.az xəbər verir ki, bu barədə o özü açıqlama verib:

“Arzum karyeramı “Real”da bitirməkdir. Dünyanın ən böyük klubunda çıxış edirəm”.

Kurtua 2018-ci ildən “Real”ın formasını geyinir. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Tərəflər arasında yeni müqavilə danışıqları davam edir.

33 yaşlı qolkiper ötən mövsümdə La Liqada 30 oyuna çıxıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR