son dəqiqə SON DƏQİQƏ

N'Kudu Super Liqaya qayıda bilər

Bölmə adı Türkiyə
Yayımlandı 28-07-2025, 20:54

"Əl-Damak"ın futbolçusu "Samsunspor"un maraq dairəsindədir.

Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla "Samsunspor" yaxından maraqlanır. Adı çəkilən klub artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. 30 yaşlı sol vingerin hazırda transfer dəyəri 5 milyon avrodur.

Qeyd edək ki, fransalı ötən mövsüm meydana çıxdığı 30 oyunda 13 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR