son dəqiqə SON DƏQİQƏ

"Qəbələ" "Sumqayıt"a qalib gəldi

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-07-2025, 20:22

Bu gün "Qəbələ" və "Sumqayıt" yoxlama oyununda qarşılaşıblar.

Sport1.az xəbər verir ki, görüş Qəbələdə keçirilib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Domi Massumo vurub.

Qeyd edək ki, yay hazırlıq toplanışında "Qəbələ" daha əvvəl "Şamaxı" (2:1) və "Kəpəz" (2:0) ilə qarşılaşıb. "Sumqayıt" isə "İmişli" ilə 0:0 hesablı heç-heçə etmişdi.

Müəllif: Sport1.az