son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" "Kəpəz"ə uduzur, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ●

Dünya Çempionatında daha 3 medal

Bölmə adı Güləş
Yayımlandı 29-07-2026, 22:54

Bakıda güləş üzrə U17 Dünya Çempionatı davam edir.

Sport1.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 3-cü günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da medalçılar müəyyənləşib.

Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşıb. İlk hissəni 5:0 hesabıyla öndə tamamlasa da, 2-ci hissədə parter vəziyyətində rəqibin ardıcıl xallarının qarşısını ala bilməyib – 5:13. Əli gümüş medalı boynundan asıb.

Abdurrahman Hüseynli (51 kq) həlledici görüşdə özbəkistanlı dünya çempionu Bunyod Hasanova məğlub olaraq (0:9) komanda yoldaşının nəticəsini təkrarlayıb.

Elmir Çərkəzov (60 kq) bürünc medal görüşündə yaponiyalı Hinata Hanamoriyə heç bir şans tanımayıb – 9:0.

Zöhrab Abbasov (92 kq) isə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiyə minimal fərqlə (3:4) məğlub olub.

Beləliklə, millimiz növbəti yarış gününü 2 gümüş və 1 bürünc medalla başa vurub.

Müəllif: Cahan