Taekvondo Federasiyası və Gədəbəy İdman Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə taekvondo üzrə nümunəvi çıxış proqramı təşkil olunacaq.
Sport1.az xəbər verir ki, tədbirdə Taekvondo Federasiyasının Demo Komandası çıxış edəcək.
Peşəkar idmançıların hazırladığı dinamik və maraqlı proqram tamaşaçılara təqdim olunacaq.
Nümunəvi çıxış avqustun 1-də, saat 16:00-da Gədəbəy şəhərində yerləşən Yaşıl Teatrda keçiriləcək.