son dəqiqə SON DƏQİQƏ
UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat Neymar karyerasını başa vurdu Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə imzaladığını açıqladı AMADA-nın icraçı direktoru tələbələrlə görüşüb "Bununla kifayətlənməyəcəyik" Liqa mərhələsini təmin edən klubların adı müəyyənləşdi Ən məhsuldar gənc futbolçular Sona Ağayevadan qızıl medal "Karvan-Yevlax"dan 2 transfer "Kəpəz" Qətər klubu ilə üz-üzə

DÇ-nin qəhrəmanı yeni klubunu tapdı

Bölmə adı Dünya Çempionatı
Yayımlandı Bu gün, 19:23

2026-cı il dünya çempionatındakı uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən Kabo-Verde millisinin qapıçısı Vozinya karyerasını Çilidə davam etdirəcək.

Sport1.az xəbər verir ki, 40 yaşlı qolkiper Çilinin ən titullu klubu “Kolo-Kolo” ilə 2026-cı ilin 31 dekabrınadək nəzərdə tutulan müqavilə imzalayıb.

Daha əvvəl təcrübəli qapıçının Lionel Messinin çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubuna keçəcəyi iddia olunsa da, o, seçimini Çili təmsilçisindən yana edib.

Vozinya yeni komandasında Çili futbolunun tanınmış simalarından olan Arturo Vidalın komanda yoldaşı olacaq.

Məlumata görə, təcrübəli qapıçı “Kolo-Kolo”da ayda 47 milyon Çili pesosu (təxminən 49,8 min ABŞ dolları və ya 43,8 min avro) əməkhaqqı alacaq.

Müəllif: Cahan