son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat Neymar karyerasını başa vurdu Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə imzaladığını açıqladı AMADA-nın icraçı direktoru tələbələrlə görüşüb "Bununla kifayətlənməyəcəyik" Liqa mərhələsini təmin edən klubların adı müəyyənləşdi Ən məhsuldar gənc futbolçular Sona Ağayevadan qızıl medal "Karvan-Yevlax"dan 2 transfer "Kəpəz" Qətər klubu ilə üz-üzə Azərbaycan Çempionatı keçiriləcək "Sabahın Ulduzları" turnirinin püşkatma mərasimi keçirildi Növbəti raundun daha 3 iştirakçısı müəyyənləşəcək ÇL: "Sabah"ın növbəti mərhələdəki rəqibi müəyyənləşir Günün oyunları: Bu gün 4 güləşçimiz DÇ-də medallar uğrunda mübarizəyə start verəcək

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR

Bölmə adı Güləş / Foto
Yayımlandı Bu gün, 17:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul etdi.

Sport1.az xəbər verir ki, ölkə başçısı görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğuladı, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırladı, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini dedi.

Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxundu və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğuladı.

Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edildi, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunuldu.

Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR