UEFA Avropa Liqasındakı təmsilçimiz "Qarabağ" sabah II təsnifat mərhələsinin cavab oyununda ÇSKA (Sofiya) ilə üz-üzə gələcək.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi həmin qarşılaşma üçün Bolqarıstana yollandı.
Xatırladaq ki, Bakıda baş tutan ilk duel qolsuz heç-heçə ilə başa çatdı.
