son dəqiqə SON DƏQİQƏ
"Zirə" Konfrans Liqası ilə vidalaşdı - “Qəbələ” “Sumqayıt”la bacarmadı “Qarabağ” bu heyətlə meydana çıxacaq KL: "Neftçi"dən erkən qol Bolqarıstanda heyətlər bəlli oldu AFFA UEFA ilə birgə oldu, FİFA-ya qarşı çıxdı Bu klub ev oyunlarını Xankəndi stadionunda keçirəcək A Seriyasında hücumçu dəyişikliyi Daha 5 çəkidə qaliblər müəyyənləşib “Zirə” - “Payde”: Premyer Liqada klubunu dəyişdi "Sabah" bu göstəricidə üçüncüdür Region Liqası klubundan növbəti transfer ÇL: "Sabah"ın oyunu bu statistikada aşağı göstəriciyə sahib oldu - Yığmamız Qazaxıstanı üstələdi Millimizin sabiq baş məşqçisi Bolqarıstan klubundan getdi Azarkeşlər klubu iflasdan qurtardı Valideyn şikayətçidir, Cüdo Federasiyası müraciət gözləyir 190 sm boya malik hücumçu Premyer Liqa klubunda baxışdadır Messinin barmaq silkələdiyi hakim Azərbaycan klubunun oyununa təyinat aldı "Qarabağ"ın prezidenti Tahir Gözəl: "Komandanı yeniləmək zəruri idi" "Şahdağ Qusar"dan "Xankəndi"yə Qadın güləşçilərimiz medalsız qaldı Siyasi mesaj ötürən formalar - "Sabah" III təsnifatda "Orhus"u mübarizədən kənarlaşdırsa... Kapitan qalır, yoxsa gedir? "Sabah"ın Çempionlar Liqası matçlarının vaxtı müəyyənləşdi Nazir Qazaxıstanda beynəlxalq idman sammitində iştirak etdi

Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”

Bölmə adı Qarabağ / Avropa Liqası
Yayımlandı Dünən, 22:04

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək ÇSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” oyunu öncəsi Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis cavab qarşılaşması barədə fikirlərini bölüşüb.

“Hər iki komanda üçün çox vacib oyundur. İlk matç heç-heçə başa çatıb. Cavab görüşündə hər iki komanda qələbə qazanmaq istəyəcək. Rəqibin iddialı və həvəsli görünməsi bizi daha məsuliyyətli olmağa vadar edir.

Demək olar ki, eyni səviyyəli komandalardır. İnanıram ki, azarkeşlər yaxşı oyun izləyəcəklər. Biz də yaxşı matçlarımızdan birini keçirməyə çalışacağıq. Qalib gəlmək istəyiriksə, Bakıdakı oyundan daha yaxşı çıxış etməliyik”, – deyə Qurbanov bildirib.

Qeyd edək ki, iyulun 30-da Sofiyadakı Vasil Levski adına Milli Stadionda keçiriləcək ÇSKA – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR