son dəqiqə SON DƏQİQƏ
Millimiz dünya ikincisi oldu Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik” Henrik Oyamaa: “Çox maraqlı və həyəcanlı oyun olacaq” Dünya Çempionatında daha 3 medal Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq” Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat

Bakı birinciliyi keçirildi

Bölmə adı Avarçəkmə
Yayımlandı 19-06-2025, 16:16

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında yeniyetmə və gənc avarçəkənlər arasında açıq Bakı birinciliyi keçirilib.

Sport1.az xəbər verir ki, yarışda Bakı və Mingəçevirdən olan 100-ə yaxın idmançı iştirak edib.

Reqlamentə əsasən, avarçəkənlər kayak növündə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda, kanoe və akademik avarçəkmədə isə 1 nəfərlik qayıqda 500 metr məsafədə mübarizə aparıblar. Gərgin mübarizə şəraitində keçən açıq Bakı birinciliyinin qalibləri diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, açıq Bakı birinciliyi və bu qəbildən olan ölkədaxili yarışların təşkilində əsas məqsədlərdən biri idmançıların hazırlıq səviyyəsini yoxlamaq, eyni zamanda onlar arasından seçilən avarçəkənləri gənclərdən ibarət yığma komandanın heyətinə cəlb etməkdir.

Müəllif: Sport1.az