Millimizin oyununun yeri və saatı açıqlandı

Bölmə adı Azərbaycan
Yayımlandı 22-05-2025, 14:00

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Sport1.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR