son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Mbappe "Qızıl buts"a iddialı üç namizəd arasında

Bölmə adı Futbol
Yayımlandı 13-05-2025, 10:15

"Real"ın fransalı hücumçusu Kilian Mbappe "Qızıl buts"a iddialı üç namizəd arasındadır.

Sport1.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

Futbolçunun La Liqanın 35-ci turunda "Barselona"ya qarşı het-trikindən sonra aktivində 54 xalı var. La Liqada hər qola görə bir futbolçu "Qızıl buts" reytinqində iki xal qazanır.

Siyahının zirvəsində isə Portuqaliya çempionatında vurduğu 38 qola 57 xala malik "Sportinq"in hücumçusu Viktor Qyokeres qərarlaşıb. "Liverpul"un vingeri Məhəmməd Salah 28 qol və 56 xalla ikinci yerdədir.

İlk "beşlik"də öz liqalarında 25 qol vuran və 50 xal qazanan "Barselona"nın hücumçusu Robert Levandovski və "Bavariya"nın forvardı Harri Keyn də var.

Qeyd edək ki, "Qızıl buts" UEFA-ya daxil olan ölkə çempionatlarının ən yaxşı bombardirinə verilir.

Müəllif: Sport1.az