SON DƏQİQƏ
Gənc yunan-Roma güləşçilərimiz Qazaxıstanda medal qazanıb.
Sport1.az xəbər verir ki, 77 kq çəki dərəcəsinin finalında azərbaycanlı qardaşlar qarşılaşıb. Davud Məmmədov Cavada 3:1 hesabı ilə qalib gələrək qızıl, rəqibi isə gümüş mükafata sahib çıxıb.
Qeyd edək ki, Çimkənd şəhərində baş tutan yarış əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunub. Komandamız bu sınaqda U20 millisinin məşqçisi Akif Əliyevin rəhbərliyi altında iştirak edib.