son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"i məğlub edir ● "Fənərbağça" və "Real" qələbə qazandı, "Sabah" "Vikinq"ə qarşı ● "Vikinq" - "Sabah": ● "Gəncə" Rumıniyada məğlub oldu ● FİBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan klubuna da uduzdu ● AFFA-nın köhnə rəhbər bəhanəsi, "Neftçi"nin dirçəlişi ● Avropa Liqasında 4-cü tur başlayır: "Renn" "Olimpiakos"la heç-heçə etdi ● "Kəpəz" sərgidə iştirak edəcək ● "Şamaxı"nın üzvü milliyə çağırıldı ● Məşqçilər üçün yeni proqram başladı ● UEFA Gənclər Liqası: "Qarabağ"ın gəncləri Zaqrebdə darmadağın edildi ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası növbəti dəfə uduzub ● UEFA Gənclər Liqası: "Qarabağ"ın cavab görüşünün ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandasının ● "Mingəçevir" - "Şahdağ Qusar" görüşü keçirilməyəcək ● Avropa Çempionatı: Aysel Əhmədli Bolqarıstandakı yarışın qalibi olub ● 6 legioner futbolçu "İmişli"də ● Rəhim Həsənov qeydə alınmayan bu qolun yanlış qərar olduğunu açıqladı ● Azərbaycan - Çexiya matçının təyinatları açıqlanıb ● "Turan"dan azarkeşlərə ● Kaşuk Ukrayna millisinə çağırıldı ● Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" adlandırılıb ● Günün oyunları: ● Boksçumuz Olimpiadaya yollanır ● FİBA Avropa Kuboku: "Landau Lions" "Benfika" ilə qarşılaşır ● Bu gün I Liqada 7-ci tur başlayacaq: "Mingəçevir" "Şahdağ Qusar"a qarşı ● "Qalatasaray" "Ştutqart"ı məğlub etdi, "Atletiko" "Bayern"ə uduzdu ● CEV Çempionlar Liqası: "Turan" "Maritsa"nı səfərdə məğlub edib ●

Məşqçilər üçün yeni proqram başladı

Bölmə adı Cüdo
Yayımlandı Dünən, 18:36

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Sumqayıt Cüdo Təlim Mərkəzində region məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçirilir.

Sport1.az xəbər verir ki, proqramın əsas məqsədi məşqçilərin nəzəri və praktiki biliklərini yeniləmək, müasir məşq metodları, yarış qaydaları və idmançı hazırlığının müxtəlif istiqamətləri üzrə peşəkar bacarıqlarını təkmilləşdirməkdir.

Təlimlər çərçivəsində kumikata, osaekomi, şime-vaza, taçi-vazadan ne-vazaya keçidlər, tatami üzərində xüsusi fiziki hazırlıq və rəqibə qarşı taktikanın qurulması kimi texniki-praktiki mövzular əhatə olunur.

Bununla yanaşı, məşqçilər yeni hakimlik qaydaları, "Judo Manager" sistemi və fiziki hazırlıq üzrə biliklərini də artırırlar. Proqram yalnız tatami üzərində hazırlıqla məhdudlaşmır.

İştirakçılar üçün yeniyetmələrlə düzgün psixoloji yanaşma, sosial şəbəkələrin idarə olunması və media ilə ünsiyyət mövzularında da təlimlər nəzərdə tutulub.

Altı günlük proqramın sonunda iştirakçıların bilik və bacarıqları qiymətləndiriləcək, kursu uğurla başa vuran məşqçilərə sertifikatlar təqdim olunacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR