Futzal üzrə DÇ-2028-in əsas mərhələsinin Azərbaycan - Çexiya matçının hakim təyinatları açıqlanıb.
Sport1.az xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matç noyabrın 5-i, saat 16:00-da start götürəcək.
DÇ-2028 (futzal). Əsas mərhələ
12-ci qrup
16:00 Azərbaycan - Çexiya
Baş hakim: Kiara Perona
Köməkçi hakimlər: Martina Pikkolo və Simone Zanfino
"Timekeeper": İmran Məhərrəmov
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Andrey Medvedev (Belarus)