U-15 Dünya Çempionatı və Festivalı: İspaniya mundialın qalibi oldu

Bölmə adı Azərbaycan / Futbol
Yayımlandı 30-10-2026, 20:02

Bakı Kristal Zalında FİFA U-15 Dünya Çempionatı və Festivalının final qarşılaşması keçirilib.

Sport1.az xəbər verir ki, A səviyyəsinin finalında Çexiya və İspaniya yığmaları üz-üzə gəlib. Qarşılaşma İspaniya millisinin 0:3 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə İspaniya ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının çempionu olaraq Dünya Kubokunun sahibi olub.

Final qarşılaşmasının ardından turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR