Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə noyabrın 1-də ilk dəfə Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Sport1.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.