AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 9-cu turunun iki görüşündə qeydə alınan qayda pozuntuları dəyərləndirilib.
"Şəfa" - "Kəpəz" görüşündən öncə debütant komanda ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 1500 manat cərimələnib.
"İmişli" - "Şamaxı" oyununda qonaqların heyətində 5 futbolçu sarı vərəqə aldığı üçün "şirlər" 700 manat ziyana düşüb.