Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə güləş üzrə "Gəncə Kuboku" keçirilib.
Sport1.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan turnir komanda yarışından ibarət olub.
İlk dəfə keçirilən "Gəncə Kuboku"nda 8 komanda çıxış edib.
U-15 yaş qrupu üzrə təşkil edilən yarışda "Sumqayıt" güləşçiləri kuboka sahib çıxıb.
"Gəncə-1" komandası 2-ci, "Lənkəran" kollektivi 3-cü yeri tutub.