Yelkən idmanı üzrə Açıq Azərbaycan Çempionatı start götürüb.
Sport1.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərdən ibarət heyət Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparır.
Turnir sentyabrın 14-nə qədər davam edəcək. Mükafatlandırma mərasimi son gün saat 18:00-dan etibarən baş tutacaq.
Qaliblər diplom və medallarla təltif olunacaqlar.