Bakı Olimpiya İdman Kompleksində keçirilən gimnastika üzrə yarış yekunlaşıb.
Sport1.az xəbər verir ki, üç gün davam edən yarışda müxtəlif yaş kateqoriyalarından olan gimnastlar bacarıqlarını nümayiş etdiriblər.
Yarışın son günündə 2014-2015-ci il təvəllüdlü yeniyetmələr iki qrup üzrə bir alət proqramında çıxış ediblər.
Daha sonra bu yaş kateqoriyasında çoxnövçülük proqramının qalibləri mükafatlandırılıblar.
2011–2012-ci il təvəllüdlü gənc gimnastlar da bir alət proqramında mübarizə aparıblar.
Bu kateqoriyada çoxnövçülük üzrə fərqlənən idmançılara medal və diplomlar təqdim olunub.
Günün ikinci yarısında qrup hərəkətləri üzrə yarışlara start verilib.
2016-2018-ci il təvəllüdlü balaca gimnastlar topla, 2013-2015-ci il təvəllüdlü yeniyetmələr isə lentlə çıxış ediblər.
Sonda hər iki yaş kateqoriyasında çoxnövçülük proqramı üzrə qaliblər mükafatlandırılıblar.