son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Fasilədə paltardəyişmə otağında hamımız danışdıq ki..." - AÇIQLAMA

Bölmə adı Şamaxı / Manşet
Yayımlandı 13-09-2026, 14:14

"Şamaxı" Misli Premyer Liqasının 5-ci turunda "Sumqayıt"la heç-heçə edib - 1:1.

Həmin görüşdən sonra "şirlər"in futbolçusu Ayman Boualinin Sport1.az-a müsahibəsini təqdim edirik:

- Oyunla bağlı təəssüratlarınız necədir?

- Yaxşı oynadıq. İlk hissədə bir qol buraxdıq. Lakin fasilə zamanı paltardəyişmə otağında danışdıq ki, geridönüş etmək istəyirik və bunu bacardıq. Düzdür, 3 xal qazanmağa çox yaxın idik, amma 1 xal da heç nə qazanmamaqdan yaxşıdır.

- Komandanızın oyunlara hazırlıq prosesi necə gedir?

- Hər oyuna eyni qaydada hazırlaşırıq. Bütün qarşılaşmalarda xal və ya xallar qazanmaq bizim üçün önəmlidir. Baş məşqçimiz öz işini düzgün görür. Biz ona inanırıq, o da bizə inanır. İnşallah, "Şamaxı" üçün yaxşı bir mövsüm olacaq.

- "Şamaxı"ya uyğunlaşma dönəminiz başa çatıb? Məşqçilər korpusu və komanda yoldaşlarınızla münasibətiniz necədir?

- Hər şey yaxşıdır. Biz bir ailə kimiyik və hər şey qaydasındadır. Şəhər də xoşuma gəlir, gözəldir. Xoşbəxtəm.

- Bu mövsüm evinizdə - Şamaxıda oynamamısınız. Səbəb işıqlandırma sistemləri və meydança amili ilə bağlıdır. Bəs, siz doğma azarkeşlərinizin önündə oynamaq istəyirsiniz?

- Bəli, artıq öz stadionumuzda oynamaq istəyirik. Fanatlarımızın önündə bizim özümüz üçün də vacibdir. Növbəti matçımızı Şamaxıda keçirəcəyik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR