son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Biz bunu heç vaxt etmirik!" - "Şamaxı"nın rəhbəri ilə EKSKLÜZİV MÜSAHİBƏ

Bölmə adı Şamaxı / Manşet
Yayımlandı 13-09-2026, 13:32

"Şamaxı" Misli Premyer Liqasının 5-ci turunda "Sumqayıt"la qarşılaşıb - 1:1.

Həmin qarşılaşmadan sonra bölgə təmsilçisinin İdarə Heyətinin Sədri Elçin Usubun Sport1.az-a müsahibəsini təqdim edirik:

- Qarşılaşma ilə bağlı fikirləriniz necədir? Komandanın oyun üslubu barədə nə deyə bilərsiniz?

- Yayda hansı dönəmdən keçdiyimizi gördünüz. Bir çox oyunçunun getməsi, onların əvəzinə yeni futbolçuların gəlməsi, onların uyğunlaşması... Bunların hamısını nəzərə almaq lazımdır. Bu gün qeydə alınan nəticə, məncə, qənaətbəxşdir. "Sumqayıt" çox yaxşı legionerlərdən təşkil olunmuş komandadır. Onlara da xal lazım idi, evdə oynayırdılar. Bu səbəbdən əzmkar mübarizə apardılar. Konkret bu matçla bağlı fikir bildirməliyəmsə, oyunu qənaətbəxş, nəticəni uğurlu hesab edirəm.

- Ötən mövsümlə müqayisə etdiyimizdə bu futbol ilinin daha rəqabətli olduğunu ilk turlardan gördük. Komandanız ilk "6-lıq"da qərarlaşmaq gücündədir? Heyət buna imkan verir?

- Vallah, hər şey ola bilər. Hələ birinci dövrə bitməyib. Komandamız maraqlı oyun göstərir. Nələrin olacağını görəcəyik. Biz yolumuza davam edirik. İlk "6-lıq"da qərarlaşmaq bizim üçün prioritet məsələ deyil. İstər 6-cı yer olsun, istərsə də 7-ci. İdmanda bir məntiq var. Hər il addım-addım qabağa getməlisən. Təbii ki, daha yuxarı pillələrdə qərarlaşmaq istəyərik. Lakin bəzi reallıqlar var. Bunlardan biri də maddi vəziyyətlə bağlıdır. Bununla bağlı bütün idman ictimaiyyətinin xəbəri var.

- Matçında gedişatında bəzi epizodlarla, xüsusilə, hakimlərin qərarı ilə bağlı etirazlarınız var idi. Onların performansını necə dəyərləndirirsiniz?

- İdman mediası bilir: "Şamaxı" klubunun rəhbərliyi olaraq heç vaxt hakimlər barəsində bəyanat vermirik.

- "Şamaxı" bu mövsüm çempionatda çıxdığı 5 oyunun hamısını səfərdə keçirib. Bu amil komandanın oyununa necə təsir göstərir?

- Bunu Şamaxıya qayıdanda görəcəyik.

- Növbəti tur "Araz-Naxçıvan"la üz-üzə gələcəksiniz...

- Bəli. Həmin matçı evimizdə keçirəcəyik. Onlar üçün də "ev" oyunudur. Əslində, bizim stadionumuzdur. Onlar da sağ olsunlar, qonaq gəliblər.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR