son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Gələcək karyeramla bağlı nələr olacaqsa, onu görəcəyik" - YENİ TRANSFERDƏN AÇIQLAMA

Bölmə adı Sumqayıt / Manşet
Yayımlandı 13-09-2026, 12:27

"Sumqayıt" Misli Premyer Liqasının 5-ci turunda "Şamaxı" ilə qarşılaşıb.

Həmin qarşılaşmadan sonra "gənclik şəhəri" təmsilçisinin yeni transferi Mamadi Banqrenin Sport1.az-a müsahibəsini təqdim edirik:

- "Sumqayıt"dakı ilk matçınız barədə fikirləriniz?

- Təəssüratım müsbətdir. Düşünürəm ki, bu, yaxşı komandaların və oyunçuların olduğu çox rəqabətədavamlı bir çempionatdır. Burada olduğum üçün çox məmnunam və Sumqayıt üçün əlimdən gələnin maksimumunu etməyə səbirsizlənirəm.

- Azərbaycanla bağlı ilk təəssüratınız necədir?

- Bura çox gözəl ölkədir, eyni zamanda çox gözəl şəhərdir və hələ ki, bu gözəl yeri kəşf etməkdən böyük zövq alıram. İlk dəfədir Azərbaycandayam, Sumqayıtdayam və çalışacağam ki, Azərbaycanın hər yerini gəzim. Burada olmaq mənim üçün çox xoşdur.

- Oyunçu olaraq hazırda ideal formadasınız, yoxsa fiziki olaraq hələ də inkişaf etməli olduğunuz məqamlar varmı? Artıq tam oynamağa hazırsınız?

- Oynamağa hazıram, formadayam. Artırmağa ehtiyac yoxdur. Üç gün qabaq əvvəlki komandamda matça çıxmışam. Yeni komandamdayam və hər şeyin yaxşı olacağını düşünürəm.

- "Sumqayıt"a gəlməkdə əsas məqsədiniz buranı daha böyük klublara və ya liqalara gedən bir keçid kimi istifadə etməkdir?

- Buraya oyunlar oynamaq və qazanmaq üçün gəlmişəm. Hələlik həyatla bağlı artıq suallar vermirəm. Əlimdən gələn maksimumu verəcəyəm. Hər şeyi zaman göstərəcək. Hələ ki, gələcəyi düşünmürəm. Sadəcə olaraq inkişaf etməyə, maksimumu verməyə və hər şeyin addım-addım necə olacağını görməyə gəlmişəm. İllər keçdikcə çalışacağam ki, komandaya kömək edim. Gələcək karyeramla bağlı nə olacaqsa, onu da yaşayacağıq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR