son dəqiqə SON DƏQİQƏ
Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Azərbaycan cüdoçuları Dünya Çempionatında daha 3 medal qazanıb “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi "Biz bu ekosistemdəki missiyamızı şərəflə yerinə yetiririk" "Sumqayıt"ın daha bir legioneri millinin düşərgəsinə çağırılıb Şahmat Olimpiadası: 6-cı turun oyunlarına start verilib "Naxçıvan"dan növbəti transfer Tanınmış idmançılar maarifləndirmə kampaniyasına qoşuldular Premyer Liqa klublarının yay transferləri "Zirə"nin legionerlərinə dəvət Super Liqa: Yeni mövsümün ilk turunun cütləri müəyyənləşib Nazim Umbayev bunu bacaran ilk azərbaycanlı cüdo hakimi oldu Yeni mövsümdə iştirakçı klubların siyahısında dəyişiklik edilib AÇ: Daha 3 boksçumuz 1/4 finalda

Azərbaycan voleybolçularının Avropa oyunları: TARİXLƏR

Bölmə adı Voleybol
Yayımlandı 12-09-2026, 12:46

2026/2027 mövsümündə Avropa kuboklarında mübarizə aparacaq Azərbaycan voleybol klublarının oyun proqramı müəyyənləşib.

Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq “Turan”ın qadınlardan ibarət komandası ilk oyununu oktyabrın 20-də saat 19:00-da Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost” (Zaqreb) klubuna qarşı keçirəcək. Cavab görüşü oktyabrın 29-da saat 20:00-da Zaqrebdə baş tutacaq.

Çempionlar Liqasındakı digər təmsilçimiz “Xilasedici”nin kişilərdən ibarət komandası isə ilk matçında noyabrın 3-də saat 18:00-da Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında Portuqaliyanın “Sportinq” (Lissabon) klubunu qəbul edəcək. Cavab qarşılaşması noyabrın 11-də saat 19:30-da Lissabonda keçiriləcək.

Çelenc Kubokunun 1/32 final mərhələsində yarışacaq “DH Volley”nin qadın komandası ilk oyununu oktyabrın 27-də saat 19:00-da səfərdə Danimarkanın “Holte” klubuna qarşı keçirəcək. Cavab matçı noyabrın 5-də saat 18:00-da Bakıda FHN-in idman zalında olacaq.

“Ordu”nun kişi komandası isə Çelenc Kubokunda ilk görüşünü noyabrın 11-də saat 19:30-da səfərdə Norveçin “Forde” klubuna qarşı keçirəcək. Cavab oyunu noyabrın 19-da saat 18:00-da Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR