16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi FİBA U-16 Qadınlararası Avropa Çempionatının B divizionunda mübarizəyə start verir.
Sport1.az xəbər verir ki, oyun saat 21:00-da başlayacaq.
Xatırladaq ki, baş məşqçi Ferhat Akcanın sərəncamında 12 basketbolçu olacaq:
Zibeydə Əliyeva, Aylin Əkbərzadə, Zeynep Zeytingöz, Nəzrin Almazova, Milana Kitayeva, Günel Məmmədli, Naibə Əmrullazadə, Qalina Quşina, Aylin Niftəliyeva, Hayfa Bazzi, Viktoriya, Ulyanova, Jasmin Ağamaliyeva.