18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Rumıniyada keçirilən Avropa Çempionatının B divizionunda növbəti oyununa çıxıb.
Sport1.az xəbər verir ki, yığmamız 17-20-ci yerlər uğrunda görüşdə Şimali Makedoniyanı məğlub edib - 75:73.
Komanda qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) uduzub.