son dəqiqə SON DƏQİQƏ
"Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ●

Bakıda "More Than Medals World" layihəsinə start verilib - FOTOLAR

Bölmə adı Digər
Yayımlandı 6-08-2026, 15:16

Bakıda keçirilmiş U-17 dünya çempionatından sonra Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə "More Than Medals World" layihəsinə start verilib.

Sport1.az xəbər verir ki, layihənin əsas məqsədi gənc güləşçilərin peşəkar inkişafına dəstək vermək, onların texniki və taktiki hazırlığını gücləndirmək, məşqçilərin bilik və bacarıqlarını təkmilləşdirmək, təmiz idman dəyərlərini təşviq etmək, idman psixologiyası və performansın idarə olunması sahəsində maarifləndirməni artırmaqdır.

Bununla yanaşı, proqram müxtəlif ölkələrdən olan idmançılar arasında qarşılıqlı təcrübə paylaşımına, dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın güclənməsinə şərait yaradır.

Layihə çərçivəsində AMADA nümayəndələri iştirakçılar üçün antidopinq mövzusunda maarifləndirici seminar keçiriblər.

Təlim zamanı antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, qadağan olunmuş maddə və üsulların sağlamlığa mənfi təsirləri, eləcə də 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat verilib.

İnteraktiv formada təşkil olunan seminarda iştirakçılar antidopinq mövzusuna həsr edilmiş viktorinada biliklərini sınayıblar.

Fəallığı ilə seçilən iştirakçılara AMADA tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Seminarda 20 ölkədən 100-dək güləşçi və məşqçi iştirak edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR