SON DƏQİQƏ
Qusar rayonunda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilib.
Sport1.az xəbər verir ki, yarışın baş hakimi Azər İbrahimov olimpiadanın keçirilmə qaydaları barədə məlumat verib.
Avqustun 11-dək davam edəcək yarış A və B qrupları üzrə 11 turdan ibarət olacaq.
A qrupunda 2010-2015-ci il təvəllüdlü şahmatçılar, B qrupunda isə 2016-cı il təvəllüdlü və daha kiçik iştirakçılar mübarizə aparacaqlar.