son dəqiqə SON DƏQİQƏ
Fransa millisinin üzvü PSJ-də Almatıda təlim-məşq toplanışı Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurub Gənc boksçularımız Avropa çempionatında Paytaxt klubu bölgəyə köçdü “Qarabağ”a şad xəbər Maldini İtaliyada klubunu dəyişdi Kamandan oxatma üzrə ölkə çempionatı və kubok başa çatıb Dambrauskas jurnalistlər önünə çıxacaq Azərbaycan beynəlxalq idman yarışına ev sahibliyi edəcək "Turan Tovuz" millimizin üzvü ilə razılaşdı 18 yaşlı afrikalı "Sabah"da Bökgə təmsilçisi baş məşqçi ilə yolları ayırdı Azərbaycanlı Avropa Çempionatında finala çıxdı "Zaqatala" 15 yaşlı futbolçunu əsas heyətə cəlb etdi Millimiz Avropa Çempionatını Norveç üzərində qələbə ilə başa vurdu Azərbaycanda istədiyini edə bilmədi, Norveçin ən köklü klubuna keçdi Azərbaycan klubu Hulku transfer etdiyi açıqladı Millimizin üzvü Türkiyə klubu ilə anlaşdı Azərbaycanda və Özbəkistanda keçiriləcək mundialın daha 4 iştirakçısı bəlli oldu 10 cüdoçumuz beynəlxalq turnirdə mübarizəyə qoşulacaq Azərbaycanda işləmiş məşqçi "Qarabağ"ı "Şaxtyor"a bənzətdi Azərbaycanda 3 klubda oynamış futbolçu Malaziyada özünə komanda tapdı Millimizin üzvü qardaşı ilə münasibətlərindən danışdı Millimizin üzvü oynadı, komandası uduzdu Millimizdən 2 ardıcıl qələbə “Yunayted”in qapıçısı Çempionşipdə Ölkə çempionatı başa çatıb

İmic yox, top dalınca qaç, Nəriman - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 4-08-2026, 11:21

Nəriman "Kolumbus Kryu"ya ayaq basanda elə bildik ki, uşaq Amerikanı yenidən kəşf edəcək.

Biz də belə safıq. Kimdəsə balaca qığılcım görən kimi onun normal futbolçu olacağına inanırıq. Nəriman da ABŞ-a köçəndə sevinmişdik. Bəs, azərbaycanlı futbolçu MLS təmsilçisində nə ilə yadda qaldı?

Heç nə! Okeanın o tayında qol vurmağı unudub düşdü saç düzəltdirməyin, imic dəyişməyin dalınca. Meydanı podiumla səhv salıb, rəqib qapıçıları qorxutmaq əvəzinə, "İnstaqram"da yeni "look"u ilə diqqət çəkdi.

Futbolçumuzun ABŞ macərası uzun çəkmədi. "Kolumbus Kryu" millimizin üzvünü Super Liqanın yeni təmsilçisi "Erzurumspor"a 2027-ci ilin sonuna kimi icarəyə göndərdi. Nərimana ümid bəsləyirik? Şəxsən onun potensiallı, istedadlı olduğuna inanıram. Futbolçumuz daha güclü klublarda oynamağa layiqdir. Amma fikri-zikri saçını rəngləmək, gündə bir imic formalaşdırmaq olacaqsa, çətin ki, nəsə edə bilsin.

Nəriman, Erzurumun ayazı dondurucudur. Orada sənin saçının rənginə yox, topla münasibətinə, vurduğun qollara baxacaqlar. Super Liqada da MLS-dəki kimi "qol orucu"nu pozmasan, tribunalardakı azarkeşlər sənə elə "tamaşa" göstərəcək ki, "look"un saralacaq-bozaracaq.

Potensialını mənasız yerlərə xərclədiyini anlamağın, artıq top oynamağın vaxtıdır. "Erzurumspor" karyeranda dönüş nöqtəsi ola bilər. Amma əsas işini unudub yenə "stil" dalınca qaçsan, Ərzurumun sərt ayazında səni heç bir brend paltar isitməyəcək.

Qol vurmayan hücumçunu azarkeşlər sevinmirlər. Türkiyədəki fanatları da "vallah, mənim heç nəyim yoxdur" deyərək inandıra bilməyəcəksən! Ona görə də imic yox, top dalınca qaç, Nəriman!

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR