Bakıda keçirilən güləş üzrə U-17 Dünya Çempionatına yekun vurulub.
Sport1.az xəbər verir ki, Azərbaycan millisi yarışda 7 medal qazanıb.
Yunan-Roma güləşi üzrə Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Elmir Çərkəzov (60 kq), Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.
3 gümüş və 3 bürünc medal əldə edən yığmamız 107 xal toplayaraq komanda hesabında dünya ikincisi olub.
Dünya Çempionatında sonuncu medalımızı isə sərbəst güləşçimiz İbrahim Həsənov (51 kq, gümüş) əldə edib.