SON DƏQİQƏ
Bakıda keçirilən güləş üzrə U17 Dünya Çempionatına yekun vurulub.
Sport1.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın son günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da medalçılar müəyyənləşib.
İbrahim Həsənov (51 kq) finalda iranlı Benyamin Mayvanla qarşılaşıb. Rəqibinə 1:5 hesabıyla məğlub olan güləşçimiz gümüş medalı boynundan asıb.
Beləliklə, güləşçilərimiz dünya çempionatında 7 medalla başa vurub.
Xatırladaq ki, daha öncə yunan-Roma güləşində Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıb.