18 yaşadək oğlanlardan ibarət basketbol millimiz B divizionunda ilk qələbəsini qazandı.
Sport1.az xəbər verir ki, yığmamız Ukrayna seçməsini 77:68 hesabı ilə məğlub etdi.
Bu, millimizin FİBA U18 Avropa Çempionatının B divizionunda iştirak etdiyi bütün dövrlər ərzində qazandığı ilk qələbədir.
İlk perioddan sonra 19:27 hesabı ilə geridə olan komandamız fasiləyə 34:39 hesabı ilə yollandı.
Millimiz üçüncü periodda üstün oyun nümayiş etdirərək həmin hissəni 28:9 hesabı ilə tamamladı və qarşılaşmanın gedişini dəyişdi.