son dəqiqə SON DƏQİQƏ

İlk mükafatçıların adı bəlli oldu

Bölmə adı Cüdo
Yayımlandı 25-07-2026, 15:01

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşdi.

Sport1.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda oğlanlar arasında beş, qızların mübarizəsində isə iki çəki dərəcəsində mübarizə başa çatdı.

Beynəlxalq turnirdə 10 ölkədən 81 klubun 289 cüdoçusu U-14 və U-16 yaş kateqoriyalarında qüvvəsini sınayır.

Avropa Cüdo Ümidləri Turniri

Qızların mübarizəsi

-57 kq
1. Firəngiz Kamilova
2. Ruqayyə Hüseynova

+63 kq
1. Mina Cəbrayılzadə
2. Duyğu İsmayılova

Oğlanların mübarizəsi

-55 kq
1. Aslan Abdullayev
2. Bayram Məmmədli
3. İzzət Musayev
4. Abdurrəhman Əsgərov

-60 kq
1. Daniel Eross
2. Mirsadiq Babayev
3. Ramal Məmmədli
4. Muhammədəli Mustafa

-66 kq
1. Süleyman Məmmədov
2. Rüfət Allahverdi
3. Mövlan İsgəndərli
4. Sadiq Əlizadə

-73 kq
1. Kərim Məmmədov
2. Şahin Ağabalazadə
3. Amin Babazadə

+73 kq
1. Adam Barabas
2. Salman Musayev
3. Tomer Barger

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR