son dəqiqə SON DƏQİQƏ

DÇ: Azərbaycanı turnirdə təmsil edəcək hakimlər müəyyənləşdi

Bölmə adı Güləş
Yayımlandı 25-07-2026, 14:36

Bakıda keçiriləcək güləş üzrə U-17 Dünya Çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşdi.

Sport1.az xəbər verir ki, Milli Gimnastika Arenasında davam edəcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaq.

İyulun 27-dən avqustun 2-dək keçiriləcək mundialda ümumilikdə turnirdə 68 hakim görüşləri idarə edəcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR