son dəqiqə SON DƏQİQƏ

Boksçularımız Türkiyəyə yollandılar

Bölmə adı Döyüş
Yayımlandı 25-07-2026, 13:33

Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollandı.

Sport1.az xəbər verir ki, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.

Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.

Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR