son dəqiqə SON DƏQİQƏ
"Məsuliyyətim daha da artdı" Azərbaycan klubu məşqçisi ilə bağlı yekun qərarını açıqladı "Sabah" bu futbolçunu 3 milyona satdı Millimiz Portuqaliyanı məğlub etdi "Bütün futbol ictimaiyyəti "Sabah"a inanır" "İmişli"nin akademiyasında AFFA tərəfindən təlim keçirildi Premyer Liqa klubu ev oyunlarını Qəbələdə keçirəcək Türkiyə klubunun Yankoviç israrı "Beşiktaş" Məhəmməd Salahın transferi ilə bağlı açıqlama yaydı "Qarabağ" yeni müqavilə bağladı "İmişli" "Karvan-Yevlax"la üz-üzə DÇ-2026-da məşhurlaşan qapıçı yeni klubunda qadağa ilə üzləşdi Vinisius Junior "Real"ın heyətində məşqlərə çıxmayacaq - "Top-5" liqalarda yay "transfer pəncərəsi" nə zaman yekunlaşacaq? Zidan millinin baş məşqçisi oldu "Qarabağ"ın avrokuboklarda ən çox qol vuran futbolçularının sıralaması AFFA daha bir vebinar təşkil etdi Çiçarito okeanın o tayına gedir "Qalatasaray" yenə məğlub oldu DÇ-2026-nın ən yaxşı qolu - UEFA Konfrans Liqası: İkinci raundun cavab qarşılaşmalarına start verilir Günün oyunları: "Qarabağ"dan ayrılan Emmanuel Addainin yeni klubu müəyyənləşdi Bu gün UEFA Çempionlar Liqasında cavab oyunları başlayır Dünya Çempionatında 2-ci gün: Daha 5 idmançımız tatamiyə çıxır Azərbaycan çempionu cavab oyununa çıxır Premyer Liqa klublarının yay transferləri Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar

Texniki seminar start götürdü

Bölmə adı Cüdo
Yayımlandı 24-07-2026, 22:15

Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verildi.

Sport1.az xəbər verir ki, sessiyalara Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkio rəhbərlik edirlər.

Seminarda EJU-nun idman komissarı, Olimpiya mükafatçısı Rüstəm Orucov, yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandasının məşqçisi Kotaro Sasaki, həmçinin yerli mütəxəssislər Rafiq Nəcəfov və İsmayıl Rzayev də təlimçi qismində iştirak edirlər.

Üç gün davam edəcək seminarda 200-dən çox yeniyetmə cüdoçu yer alır.

Təlimlər zamanı idmançılar müasir texniki və taktiki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə yaxından tanış olur, dünya səviyyəli cüdoçuların bilik və təcrübəsindən faydalanırlar.

Seminar iştirakçılar üçün yalnız yeni bacarıqlar qazanmaq deyil, həm də uğurlu idmançıların peşəkar yolunu yaxından öyrənmək və onlardan motivasiya almaq baxımından mühüm əhəmiyyət daşıyır.

İyulun 25-26-da Azərbaycan Avropa Cüdo Birliyinin təqviminə daxil olan Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək.

Seminar iştirakçıları məhz bu beynəlxalq yarışda qüvvəsini sınayacaq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR