Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa çempinatına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət millimizlə görüşüb.
Sport1.az xəbər verir ki, görüşdə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, baş katibi Faiq Orucov və federasiyanın əməkdaşları iştirak ediblər.
Rəhbərlik ilk olaraq komandanın məşqini izləyib.
Daha sonra federasiya rəsmilərinə prosesinin növbəti mərhələsi, həmçinin keçirəcəyi yoxlama qarşılaşmaları haqqında ətraflı məlumat verilib.
