son dəqiqə SON DƏQİQƏ
"Məsuliyyətim daha da artdı" Azərbaycan klubu məşqçisi ilə bağlı yekun qərarını açıqladı "Sabah" bu futbolçunu 3 milyona satdı Millimiz Portuqaliyanı məğlub etdi "Bütün futbol ictimaiyyəti "Sabah"a inanır" "İmişli"nin akademiyasında AFFA tərəfindən təlim keçirildi Premyer Liqa klubu ev oyunlarını Qəbələdə keçirəcək Türkiyə klubunun Yankoviç israrı "Beşiktaş" Məhəmməd Salahın transferi ilə bağlı açıqlama yaydı "Qarabağ" yeni müqavilə bağladı "İmişli" "Karvan-Yevlax"la üz-üzə DÇ-2026-da məşhurlaşan qapıçı yeni klubunda qadağa ilə üzləşdi Vinisius Junior "Real"ın heyətində məşqlərə çıxmayacaq - "Top-5" liqalarda yay "transfer pəncərəsi" nə zaman yekunlaşacaq? Zidan millinin baş məşqçisi oldu "Qarabağ"ın avrokuboklarda ən çox qol vuran futbolçularının sıralaması AFFA daha bir vebinar təşkil etdi Çiçarito okeanın o tayına gedir "Qalatasaray" yenə məğlub oldu DÇ-2026-nın ən yaxşı qolu - UEFA Konfrans Liqası: İkinci raundun cavab qarşılaşmalarına start verilir Günün oyunları: "Qarabağ"dan ayrılan Emmanuel Addainin yeni klubu müəyyənləşdi Bu gün UEFA Çempionlar Liqasında cavab oyunları başlayır Dünya Çempionatında 2-ci gün: Daha 5 idmançımız tatamiyə çıxır Azərbaycan çempionu cavab oyununa çıxır Premyer Liqa klublarının yay transferləri Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar

AFFA yeni kampaniyaya başladı

Bölmə adı Digər
Yayımlandı 24-07-2026, 19:10

AFFA sosial və ekoloji davamlılıq istiqamətindəki fəaliyyətini davam etdirərək IDEA İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində "Sevincini Bölüş" xeyriyyə kampaniyasına start verdi.

Sport1.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində istifadə olunmayan, lakin yararlı vəziyyətdə saxlanılan oyuncaqların toplanması məqsədilə ilk ianə qutusu AFFA-nın inzibati binasında quraşdırıldı.

Bu çərçivədə assosiasiyanın əməkdaşları, futbolçular, məşqçilər, hakimlər, habelə inzibati binaya gələn qonaqlar öz oyuncaqlarını həmin qutuya təqdim etməklə kampaniyaya töhfə verə biləcəklər.

Layihənin növbəti mərhələsində xeyriyyə qutusunun Premyer Liqa və Azərbaycan milli komandalarının ev oyunlarında stadionlarda da yerləşdirilməsi nəzərdə tutulur.

Bu addımla kampaniyanın əhatə dairəsinin genişləndirilməsi və futbolun gücündən istifadə edərək cəmiyyətdə xeyriyyəçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi hədəflənir.

Kampaniya uşaqlara sevinc bəxş etməklə yanaşı, cəmiyyətdə paylaşma və sosial həmrəylik dəyərlərinin təşviqinə xidmət edir.

AFFA bu təşəbbüsə qoşularaq futbol ictimaiyyətini xeyriyyə aksiyasında fəal iştirak etməyə təşviq etməyi, eyni zamanda istifadəyə yararlı oyuncaqların yenidən dəyərləndirilməsi vasitəsilə ətraf mühitin qorunmasına töhfə verməyi hədəfləyir.

Toplanan oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara çatdırılacaq.

Eyni zamanda bu təşəbbüs yararlı əşyaların təkrar dəyərləndirilməsi yolu ilə tullantıların azaldılmasına və ətraf mühitin qorunmasına da öz töhfəsini verir.

AFFA bütün futbol ictimaiyyətini və vətəndaşları bu təşəbbüsə qoşularaq sevinclərini bölüşməyə dəvət edir. Xeyriyyə qutusu iyulun 30-dək AFFA-nın binasında olacaq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR