son dəqiqə SON DƏQİQƏ

Bocciaçılarımız Misirə yollanır

Bölmə adı Digər
Yayımlandı 24-07-2026, 17:58

Bocciaçılarımız Misirdə Çellencer turnirində mübarizə aparacaq.

Sport.az xəbər verir ki, iyulun 25-dən 31-dək keçiriləcək turnirdə Misirin paytaxtı Qahirədə keçiriləcək Çellencer turnirində boccia üzrə milli komandamızın 🇦🇿 üzvləri Sona Ağayeva, Orxan Kərimov (hər ikisi BC2 kateqoriyası) və Zaur Veysəlov (BC4 kateqoriyası) iştirak edəcəklər.

Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.

Paralimpiyaçılarımızı yarışda məşqçi Elşən Məhərrəmov müşayiət edəcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR