son dəqiqə SON DƏQİQƏ
"Məsuliyyətim daha da artdı" Azərbaycan klubu məşqçisi ilə bağlı yekun qərarını açıqladı "Sabah" bu futbolçunu 3 milyona satdı Millimiz Portuqaliyanı məğlub etdi "Bütün futbol ictimaiyyəti "Sabah"a inanır" "İmişli"nin akademiyasında AFFA tərəfindən təlim keçirildi Premyer Liqa klubu ev oyunlarını Qəbələdə keçirəcək Türkiyə klubunun Yankoviç israrı "Beşiktaş" Məhəmməd Salahın transferi ilə bağlı açıqlama yaydı "Qarabağ" yeni müqavilə bağladı "İmişli" "Karvan-Yevlax"la üz-üzə DÇ-2026-da məşhurlaşan qapıçı yeni klubunda qadağa ilə üzləşdi Vinisius Junior "Real"ın heyətində məşqlərə çıxmayacaq - "Top-5" liqalarda yay "transfer pəncərəsi" nə zaman yekunlaşacaq? Zidan millinin baş məşqçisi oldu "Qarabağ"ın avrokuboklarda ən çox qol vuran futbolçularının sıralaması AFFA daha bir vebinar təşkil etdi Çiçarito okeanın o tayına gedir "Qalatasaray" yenə məğlub oldu DÇ-2026-nın ən yaxşı qolu - UEFA Konfrans Liqası: İkinci raundun cavab qarşılaşmalarına start verilir Günün oyunları: "Qarabağ"dan ayrılan Emmanuel Addainin yeni klubu müəyyənləşdi Bu gün UEFA Çempionlar Liqasında cavab oyunları başlayır Dünya Çempionatında 2-ci gün: Daha 5 idmançımız tatamiyə çıxır Azərbaycan çempionu cavab oyununa çıxır Premyer Liqa klublarının yay transferləri Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar

Gələcəyin peşəkar cüdoçusu olmaq istəyənlər üçün qeydiyyat başladı

Bölmə adı Cüdo
Yayımlandı 24-07-2026, 15:21

Respublika Olimpiya İdman Liseyi (ROİL) 2026–2027-ci tədris ili üçün cüdo bölməsinə qəbula başlayır.

Sport1.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman mərkəzinə 7–11-ci siniflər üzrə müraciətlər qəbul ediləcək.

ROİL bir çox üstünlükləri ilə seçilir:

Azərbaycan Cüdo Federasiyası tərəfindən əsaslı təmir olunmuş və ən müasir idman avadanlıqları ilə təchiz edilmiş məşq zalı;

ROİL və Azərbaycan Cüdo Federasiyasının təsdiq etdiyi yüksək ixtisaslı məşqçilər;

Tədris və məşq prosesinə Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsi tərəfindən metodiki və təşkilati dəstək göstərilir;

Keyfiyyəıtli ümumi orta təhsillə yanaşı, peşəkar idman və yüksək səviyyəli cüdo hazırlığı;

Rahat internat şəraitində gündə 3 dəfə qidalanma, yataqxana və zəruri yaşayış şəraiti ilə təminat;

Qəbul imtahanı:

İmtahanda yalnız cüdo üzrə müvafiq bilik və bacarıqlara malik namizədlər iştirak edə bilərlər

İmtahan Azərbaycan Cüdo Federasiyasında keçiriləcək. Namizədlərin bacarıqları Federasiyanın təcrübəli mütəxəssislərindən ibarət qəbul komissiyası tərəfindən qiymətləndiriləcək

Qəbul üçün tələb olunan sənədlər:

1. Lisey direktorunun adına ərizə
2. Sağlamlıq haqqında arayış (Forma №026 və ya Forma №086) – əsli və surəti
3. Qanın ümumi analizinin nəticəsi
4. Yaşayış yerindən arayış
5. Oxuduğu məktəbdən arayış və qiymət cədvəli
6. Doğum haqqında şəhadətnamə – əsli və 2 ədəd surəti
7. Valideynlərin şəxsiyyət vəsiqələri – əsli və surəti
8. 3×4 sm ölçüdə 2 ədəd fotoşəkil
9. Azərbaycan Cüdo Federasiyasının göndərişi

Sənədlərin qəbulu: 25 avqust
Sənədlərin qəbul ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 36
Çağrı mərkəzi: 8558
Qəbul imtahanı: 19 və 27 avqust
İmtahanın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 128

Vaxt itirmə! Gələcəyin çempionu bu gün formalaşır

Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qoşul, keyfiyyətli təhsil və peşəkar idman hazırlığını eyni məkanda əldə et.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR