Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında yarımfinal matçına çıxdı.
Sport1.az xəbər verir ki, komandamız finala gedən yolda İspaniya kollektivi ilə qarşılaşdı.
Əsas vaxtı 3:3 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında qalib gələn Azərbaycan təmsilçisi finala vəsiqə qazandı.
Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan universiadada ölkəmiz futzalla yanaşı, stolüstü tennis üzrə də təmsil olunur.