son dəqiqə SON DƏQİQƏ

Onur daha bir sınaq qarşısında

Bölmə adı Digər
Yayımlandı 24-07-2026, 10:59

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışa qatıldı.

Sport1.az xəbər verir ki, millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Qazaxıstanın Almatı şəhərinə yollanan istedadlı idmançı "WTT Youth Contender" turnirində mübarizə aparacaq.

Bu gün başlanan beynəlxalq yarışa iyulun 27-də yekun vurulacaq.

Xatırladaq ki, Onur, bugünlərdə Portuqaliyada təşkil olunan Avropa çempionatından bürünc medalla dönmüşdü.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR