son dəqiqə SON DƏQİQƏ

İdmançılarımız toplanışa başladılar

Bölmə adı Cüdo
Yayımlandı 23-07-2026, 17:59

Paracüdo üzrə kişilərdən ibarət millimiz Göygöl Olimpiya İdman Kompleksində, qadınlardan ibarət yığmamız Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.

Sport1.az xəbər verir ki, toplanışda kişi paracüdoçularımız İlham Zəkiyev (J1, +95 kq), Mehman Hüseynov (J1, +95 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), İsmayıl Muradov (J1, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlardan isə Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) iştirak edəcəklər.

Kişilərdən ibarət milli komandamıza baş məşqçi İbrahim İbrahimov, qadınlardan ibarət yığmamıza isə baş məşqçi Ramin İbrahimov rəhbərlik edir.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR