son dəqiqə SON DƏQİQƏ

Azərbaycan milli komandası 11-ci dəfə Avropa Çempionatında

Bölmə adı Voleybol
Yayımlandı 23-07-2026, 15:43

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ardıcıl 11-ci dəfə Avropa Çempionatının final mərhələsində iştirak edəcək.

Sport1.az xəbər verir ki, C qrupunda mübarizə aparacaq millimiz Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Turnir 21-28 avqustda Milli Gimnastika Arenasında baş tutacaq.

Xatırladaq ki, yığmamız qitəmiqyaslı turnirin final mərhələsində ilk dəfə 2005-ci ildə çıxış edib və 4-cü olub.

Komandamız debütdə möhtəşəm nəticə göstərərək 4-cü yeri tutub.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR